Maraqlı
12.10.2022 / 09:11
Nurlan İbrahimov yeni şirkət yaratdı (FOTO)
24556
“Qarabağ”ın sabiq mətbuat katibi Nurlan İbrahimovun yeni iş yeri müəyyənləşib.
Valyuta.az xəbər verir ki, UEFA tərəfindən futbol fəaliyyətinə ömürlük qadağa qoyulan həmkarımız özünə yeni şirkət açıb.
Şirkət "CanSport Travel&Consulting" adlanır.
Qeyd edək ki, Nurlan İbrahimov 44 günlük Qarabağ müharibəsi dönəmində düşmən ordusunun Gəncəyə atdığı raket nəticəsində dünyasını dəyişən körpələrə görə "Facebook" hesabında ermənilərin ünvanına sərt fikirli paylaşım etdiyi üçün UEFA tərəfindən futbol fəaliyyətinə ömürlük qadağa qoyulub. Klub isə 100 min avro cərimələnib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay