İlk dəfə ABŞ-ın ən zəngin 400 iş adamı siyahısına başçılıq edir
"Tesla" və "Space X" şirkətlərinin qurucusu İlon Mask 251 milyard dollarlıq sərvətlə ilk dəfə "Forbes" jurnalının seçimi ilə ABŞ-ın 400 ən varlı iş adamı siyahısına başçılıq edib.
Valyuta.az xəbər verir ki, bu barədə "Forbes" nəşrində bildirlib.
İl ərzində Mask 32% və ya 60,5 milyard dollar varlanıb.
Noyabr ayında biznesmenin "Twitter"i 44 milyard dollara almağa razı olmasından sonra "Tesla" səhmləri daha geniş bazar satışı və investorıarın ehtiyatlanması fonunda dəyər itirməzdən əvvəl 300 milyard dollar sərvəti olan ilk şəxs olan Mask üçün bu il qızğın bir il olub.
Reytinqdə Maskdan sonra "Amazon"un qurucusu Ceff Bezos və "Microsoft"un həmtəsisçisi Bill Geyts gəlir.
Hazırda Bezosun sərvəti ötən illə müqayisədə 50 milyard dollar azalaraq 151 milyard dollara bərabər olub. "Amazon"un səhmlərinin qiymətinin 20%-dən çox düşməsi səbəbindən Bezosun sərvəti dörddə bir qədər azalıb.
Reytinqdə üçüncü yeri sərvəti 106 milyard dollarla qiymətləndirilən Bill Geyts tutur.
İlk beşliyə 101 milyard dollarla "Oracle"ın həmtəsisçisi Larri Ellison və 97 milyard dollarla tanınmış sahibkar və investor Uorren Baffet daxildir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay