Maraqlı
08.09.2022 / 10:42
YAP-dan ayrıldı, AzTV-də işə başladı
23973
Bir müddət əvvəl hakim Yeni Azərbaycan Partiyası (YAP) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindən ayrılan Elməddin Quliyev bundan sonra Azərbaycan Televiziyasında (AzTV) çalışacaq.
Valyuta.az xəbər verir ki, bu barədə Elməddin Quliyevin özü bildirib.
“Artıq bu gündən doğma kollektivim Azərbaycan Televiziyasındayam. Daim yenilənən AzTV-də görülən işlərin tərkib hissəsi olmağa çalışacağam”, deyə Elməddin Quliyev yazıb.
Xatırladaq ki, Elməddin Quliyev YAP-dakı vəzifəyə gəlməzdən əvvəl də AzTV-də çalışmışdı. O, uzun müddət Dövlət Statistika Komitəsinin mətbuat katibi vəzifəsini tutub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay