BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
21015

Ramazan ayı başlayandan bir sıra restoranlar iş qrafikində dəyişiklik edib. Onlar ancaq iftardan sonra fəaliyyətə başlayırlar və imsak vaxtı bitənədək çalışırlar. Əksər restoranlar isə adi qaydada çalışsa da oruc tutan müçtərilərini də nəzərə alaraq imsak və iftar menyuları təqdim edirlər.

İndex.az Bakıda fəaliyyət göstərən restoranlarda təklif olunan iftar menyularının qiymətlərini araşdırıb.

Ən ucuz menyu “Sultan Food” restoranında təqdim edilir – 6,50 manat. Menyuya şorba, şaurma, kartof fri, salat, xurma və su, içkilər daxildir.

Ən bahalı iftar süfrəsi isə “Günaydın” restoranındadır – 80 manat
Menyuya daxildir: başlanğıc yeməklər (şorba, qara zeytun, xurma, Antep pendiri, Kaşar pendiri, acılı əzmə, çiy köftə, salat, Haydari), isti qəlyanaltılar, isti yeməklər, içkilər.

Digər restoranlarda isə qiymətlər belə dəyişir:

“Gilanar” restoranı - 12 manat
Menyuya daxildir: Su, ayran, xurma; mərci şorbası, ağ pendir, göyərti, çörək, xiyar, pomidor, turşu, Paytaxt salatı, quzu qovurma, dolma, toyuq langet və sonda çay süfrəsi.

“Etiler Meat House” restoranı – 40 manat
Menyuya daxildir: İftar seti, şorba, əsas yemək, salat, məzələr, soyuq içkilər, şirniyyat.

“Yarpaq” restoranı – 18 manat
Menyuya daxildir: şorbalar, başlanğıc qidalar, isti yeməklər, salatlar, çay və şirniyyat.

“Altun Saray Baku” restoran – 25 manat
Menyuya daxildir: soyuq qəlyanaltı, sulu yeməklər, isti yeməklər. Əlavə olaraq su xurma, çay və paxlava da təqdim edilir.

“Kecci” restoranı – 20 manat
Menyuya daxildir: soyuq qəlyanaltı, şorbalar, əsas yemək, desert (xurma, pavlava, meyvə), kabablar, içkilər, çay.

“Mooncrown Baku” restoranı – 20 manat
Menyuya daxildir: Başlanğıc (su və xurma), şorbalar, salatlar, qarnirlər, əsas yeməklər, sərin və isti içkilər.

“Chinar 6” restoranı – 20 manat
Menyuya daxildir: soyuq qəlyanaltı, şorbalar, salatlar, isti yeməklər, qarnirlər, içkilər. Əlavə olaraq çay, xurma, türk paxlavası.

“Tasty Station” restoranında qiymətlər iftar süfrəsində əyləşən müştrilərin sayındna sılı olaraq fərqlənir: 1 nəfər – 23 manat, 2 nəfər – 40 manat, 3 nəfər – 58 manat, 4 nəfər -65 manat.
Menyuya daxildir: salatlar, şorbalar, əsas yeməklər, soyuq qəlyanaltı. Əlavə olaraq su, xurma, meyvə assorti, şirniyyatlar, çay təqdim olunur.

“Manqalüstü” restoran – 23 manat
Menyuya daxildir: şorbalar, salatlar, kabablar, qarnir, soyuq içkilər.

“Taksim Kabab” restoranı – 30 manat
Menyuya daxildir: iftar qabı (xurma, ərik, zeytun, fındıq, lahmacun), məzə, şorbalar, salatlar, əsas yeməklər, desert, sərin içkilər.

“Mariana Trench Baku” restoranı – 2 nəfərlik 30 manat
Menyuya daxildir: xurma, salatlar, şorbalar, toyuq izqara və ya demiqlas sousunda can əti, çay, ballı tort.

“Excelsior Baku” restoranında açıq bufet təklif olunur. 1 nəfər üçün qiymət 23 manatdır.

“Gilavar” restoranı – 2 nəfər üçün 40 manat
Menyuya daxildir: soyuq qəlyanaltı, şorbalar, qazan yeməkləri, kabablar, sərin içkilər, eləcə də çörək, lavaş, xurma.

“Natavan” restoranı – 25 manat
Menyuya daxildir: soyuq qəlyanaltı, şorbalar, salatlar, isti yeməklər.

“Özsüt” restoranı – 24 manat
Menyuya daxildir: şorbalar, əsas yeməklər, soyuq məzələr, salat, şirniyyat, sərin içkilər.

“Coffemania”
“Leman Kultur Baku” restoranı – 2 nəfərlik – 49 manat
Menyuya daxildir: iftar açmaq üçün qidalar, şorba, qəlyanaltı, salat, əsas yeməklər, sərin içkilər.

“Şiş kabab İskender” restoranı – 19 manat
Menyuya daxildir: xurma, salatlar, şorba, qarışıq kabab, Ramazan pidesi, Haydari.

“Teleqüllə Baku” restoranı – 2 nəfərlik – 48 manat
Menyuya daxildir: soyuq qəlyanaltı, tərəvəzlər, pendir, şorbalar, isti yeməklər, içkilər.

“Museum İnn Baku” restoranı – 26 manat
Menyuya daxildir: soyuq qəlyanaltı, şorbalar, isti yeməklər (kabab, plov), şirniyyatla samovar çayı, canlı musiqi.

“Don Villa” restoranı – 25 manat
Menyuya daxildir: məzələr, salatlar, şorbalar, isti yeməklər, içkilər, desert (meyvə, alma piroqu).

“Galliard” restoranında qiymətlər iftar süfrəsində əyləşən müştrilərin sayından asılı olaraq fərqlənir: 1 nəfər – 23 manat, 2 nəfər – 44 manat, 3 nəfər – 60 manat, 4 nəfər - 75 manat.
Menyuya daxildir: soyuq qəlyanaltılar, şorbalar, isti yeməklər, qarnirlər, çay, profitrol.

“The Mood Baku” restoranı – 25 manat
Menyu tam açıqlanmayıb.

“Beverly Hill Baku” restoranı – 26 manat
Menyuya daxildir: iftar qabı, məzə, şorbalar, salatlar, əsas yeməklər, içkilər, desert.

“Koza Baku” restoranı – 25 manat
Menyuya daxildir: soyuq qəlyanaltı, salatlar, şorbalar, kabablar, sərin içkilər, desert.

“Çanaqqala” restoranı – 2 nəfər 30 manat, 4 nəfər – 60 manat, 6 nəfər – 90 manat
Menyuya daxildir: şorbalar, isti yeməklər, soyuq qəlyanaltı, sərin içkilər.

“Wood House Baku” restoranı – 28 manat
Menyuya daxildir: şorbalar, salatlar, isti yeməklər, sərin içkilər, desert.

“Meat Garden” restoranı – 25 manat
Menyuya daxildir: şorbalar, salatlar, isti yeməklər, qarnirlər, sərin içkilər.

“Adress Baku” – 49 manat
Menyuya daxildir: iftariyyəlik, şorbalar, salatlar, əsas yeməklər, şirniyyat, içkilər.

“Fisincan” restoranı – 2 qiymət təklif edir:
Toyuq yeməkləri –15 manat,
Ət yeməkləri – 20 manat.

“Meduza” restoranı – 20 manat
Menyuya daxildir: su, xurma, salatlar, şorbalar, əsas yeməklər, qarnirlər, isti və sərin içkilər.

“Burc Qala” restoranı – 2 nəfər – 38 manat.

“Neshve Azərbaycan” restoranı - 19.90 manat

Menyu tam açıqlanmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

"Samsung"a 118 miyon dollarlıq cərimə kəsildi - Səbəb yenə "Netlist"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin