Maraqlı
04.04.2022 / 15:12
Bu da sizə ideya! Heç nə etmədən pul qazanmağın yolu (FOTOLAR)
21011
38 yaşlı Şoji Morimoto milyonlarla insanın real görünməyən arzusunu reallaşdırıb. O heç nə etmədən pul qazanmaqla dolanır.
Qaynarinfo xəbər verir ki, bu günlərdə "Washington post" nəşri və dünyanın bir çox mediaları onun haqqında materiallar dərc edir.
Morimoto tənhalıqdan əziyyət çəkən insanlara müxtəlif məqsədlərlə partnyor və yoldaşlıq xidməti təklif edir və bunun qarşılığında ödəniş alır.
Onun xidmətlərinə marafon qaçışı sonunda tanış sima görmək istəyən müştərini gözləmək, təklikdə çalışmaqdan darıxan universitet tələbəsinin tezisini yazarkən yanında oturmaq və ya pandemiya vaxtı stress keçirmiş tibb işçisinə qulaq asmaq kimi fəaliyyətlər daxildir.
O əsasən travmatik xatirələrini bölüşmək istəyən, çətin həyat dönəmlərindən keçən, ümumilikdə həyatında dönüş nöqtəsi yaşayan insanların yanında olur. Hər belə seans üçün ona 85 dollar ödənilir. O sadəcə insanların yanında olur, onları dinləyir, çox az, nadirən cavab verir və onları mühakimə etmir.
"Məncə insanlar özlərini gücsüz hiss edəndə və ya məhrəm vaxtlarında yaxın çevrələrinə qarşı daha həssas olurlar. Onlar tərəfindən necə anlaşılacaqlarını, necə münasibət görəcəklərini düşünürlər. Ona görə də onlar hər hansı bağlarının olmadığı yad bir adama ehtiyac duyurlar"- Morimoto deyir.
İndi Morimotonun gündəlik 1-2 sifarişi olur. Pandemiyadan əvvəl isə o gün ərzində 3-4 sifariş yerinə yetirirmiş.
Morimoto heç nə etmədən pul qazanmaq işini qurmaq qərarına keçmiş iş yerlərində yaşadığı təcrübələrdən sonra gəlib. "Mənə həmişə ya "sən yetəri qədər çalışmırsan", ya da "sən heç nə eləmirsən" deyirdilər. Mən də bundan yararlanmaq və onu biznesə çevirmək qərarına gəldim" - deyə o bildirir.
Yeni işi Morimotoya insanları mühakimə etməməyi və başqalarına qarşı empatiya duymağı öyrədib:
"İnsanlar üzdə normal və yaxşı görünsələr də, onların çox vaxt şok edici keçmişi, sirləri və düzəlməsi mümkünsüz problemləri olur. Dəhşətli problemləri ilə mənə gələn insanlar adətən əzab çəkən insan görünüşündə olmur. Hər kəsin, hətta ən yaxşı görünənlərin belə özlərinə məxsus sirləri və problemləri var".
Az danışan insan kimi yeni həyat tərzi və işi Morimoto üçün yaxşı gedir. O yaşayışını təmin edir və oğlunu böyüdür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay