Maraqlı
12.02.2022 / 11:12
Azərbaycan Türkiyədə keçiriləcək geyim sərgisində iştirak edəcək
19632
Azərbaycan fevralın 16-18-də Türkiyənin İstanbul şəhərində keçiriləcək “LifeStyle Türkiyə 2022 Qadın Hazır Geyim Sərgisi”ndə iştirak edəcək.
Tədbir Federal Sərgi və Konqres İdarəsi tərəfindən İstanbul Sərgi Mərkəzində təşkil ediləcək. Sərgidə 16 mindən çox yeni dizayn və kolleksiya nümayiş olunacaq.
Sərgidə 110 istehsalçı, 150-dən çox brend marka və xaricdən dəvət olunmuş 4,5 min mağaza, butik və topdansatış müəssisələrini bir araya gətirmək planlaşdırılır.
Qadın Hazır Geyim Sərgisi Türkiyədə altıncı dəfədir keçirilir.//report.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay