Azərbaycanın nağd pul vəsaitlərinin və depozitlərinin həcmi nə qədərdir? – AÇIQLAMA
Bu ilin mart ayına qədər Azərbaycanın geniş pul kütləsi 28 milyard 578 milyon manat təşkil edib.
Valyuta.az Mərkəzi Bankı yaydığı hesabata istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 38 milyon 700 min manat və ya 13,5 faiz azdır. Belə ki, bu dövrdə geniş pul kütləsinin həcmi 23 milyard 616 milyon manatdan çox olub.
Ölkəmizdə banklardan kənarda saxlanılan nağd pulun həcmində artım müşahidə olunub. Əgər ötən ilin mart ayına qədər bu məbləğ 9 milyard 579 milyon manatdan çox olubsa, cari ilin müvafiq dövründə saxlanılan pul kütləsi 878 milyon 800 min manat artaraq 10 milyard 458 milyon manat olub. Bu da onu göstərir ki, bir il ərzində 8,4 faiz artım baş verib.
Qeyd edək ki, bir il müddətindən manatla tələb edilənədək saxlanılan depozitlərin həcmində də ciddi artım müşahidə olunub. Belə ki, əgər ötən ilin mart ayına qədər 5 milyard 819 milyon manatlıq depozit qoyuluşu həyata keçirilibsə, cari ilin analoji dövründə bu həcm 711 milyon manat artaraq 6 milyard 530 milyon manatl həxmində olub.
Manatla saxlanılan depozitlərin həcmində isə ciddi azalma baş verib.
Aparılan hesablamalardan belə aydın olur ki, bir il ərzində depozitlərin həcmi 302 milyon manat azalıb. Beləliklə, cari ilin qeyd edilən dövründə manatla saxlanılan depozitlərin həcmi 2 milyard 599 milyon manatdan bir qədər artıq olub. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 2 milyard 901 milyon manat olub.
Rövşən Ziya
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay