Maliyyə
30.03.2021 / 17:10
Əmək haqqı və sosial kartların sayı artıb - AMB
9931
Bu ilin fevralında Azərbaycanda əhalinin istifadəsində olan plastik kartların sayı 9 milyon 579 min ədəd olub.
Valyuta.az Mərkəzi Bankın aylıq statistik hesabatına istinadən xəbər verir ki, yanvar ayında isə həmin göstərici 9 milyon 413 min ədəd təşkil etmişdi.
Artım daha çox sosial kartların hesabına baş verib: yanvarda sayı 3 milyon 414 min ədəd olan sosial kartlar fevralda 35 min ədəd artaraq 3 milyon 449 minə çatıb.
Əməkhaqqı kartlarında isə 3 min ədəd artım qeydə alınıb və fevralda onların sayı 2 milyon 528 min olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay