30.03.2021 / 16:44
830 şəhidə aid 1500-dən çox kredit borcu silinib - RƏSMİ
9925
Azərbaycan bankları tərəfindən fərdi yanaşma əsasında şəhid ailələrinin, yaralı hərbiçilərin və mülki şəxslərin öhdəliklərinin silinməsi təmin edilib.
Azərbaycan Banklar Assosiasiyasından Valyuta.az-a verilən məlumata görə, nəticədə 830 şəhidə aid 1 503 kredit üzrə həm əsas borc, həm də faizlər silinib.
Eyni zamanda, şəhidlərin ailə üzvlərinə aid olan 286 sayda, xəsarət alan hərbçilər üzrə 1 323 sayda kreditin, şəhid olan 15 nəfər və ciddi zərər çəkən 9 nəfər mülki şəxsin borc öhdəlikləri banklar hesabına tamamilə bağlanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay