Maliyyə
30.03.2021 / 10:44
Avro bu il ilk dəfə 2 manatdan aşağı enib
9880
Martın 30-da avronun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi bu il ilk dəfə olaraq 2 manat səviyyəsindən aşağı enərək 1,9998 manat təşkil edib.
Sonuncu dəfə avronun manata qarşı məzənnəsini bu səviyyəyə ötən ilin 5 noyabr tarixində yaxın olub – 1,9956 manat.
Qeyd edək ki, 2021-ci ilin yanvarın 7-də avronun manata qarşı məzənnəsi 2,0958 manata çataraq 32 aylıq maksimuma yeniləmişdi. Həmin tarixdən avro manata nisbətdə 4,6% dəyər itirib.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankın bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 türk lirəsi 0,2055 manat enib, 1 Rusiya rublun məzənnəsi isə 0,0225 manata yüksəlib. //"APA-Economics"
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay