Maliyyə
19.03.2021 / 15:55
Naxçıvanda vətəndaşlara nə qədər kredit ayrılıb? – RƏSMİ
9511
Naxçıvanda təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılıb.
Naxçıvan Dövlət Statistika Komitəsindən Valyuta.az-a verilən məlumatda, cari ilin yanvar-fevral aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə verilən kreditlərin həcmi açıqlanıb.
Belə ki, bu dövrdə qeyd edilən sahələrə ümumilikdə 31 milyon 8 min 200 manat məbləğində kreditlər verilib ki, bu da bir il öncəki göstəricidən 12,1 faiz çoxdur.
Verilmiş kreditlərin 6 milyon 850 min 600 manatı və yaxud 22,1 faizi qısamüddətli, 24 milyon 157 min 600 manatı və yaxud 77,9 faizi uzunmüddətli kreditlər olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay