Maliyyə
20.03.2021 / 11:00
Bank sistemi üzrə kredit qoyuluşları artıb - AMB
9510
İqtisadiyyata kredit qoyuluşlarında artımın bərpası başlanıb.
Mərkəzi Bankdan Valyuta.az-a bildirilib ki, yanvar-fevral aylarında bank sistemi üzrə kredit qoyuluşları 0,6 faiz, o cümlədən biznes kreditləri 0,6 faiz, ipoteka kreditləri 3,2 faiz artıb.
Bu müddət ərzində istehlak kreditləri 0,7 faiz azalıb. Kredit qoyuluşlarında artımın iqtisadi aktivliyə paralel şəkildə davam edəcəyi gözlənilir.
Hökumətin güzəştli kreditləşmə proqramlarının və makroprudensial yumşalmaların da qalması bu artıma əlavə dəstək verəcək.
Valyuta bazarında sabitlik inflyasiya gözləntilərinin sabit qalmasının başlıca şərtlərindəndir. Keçirilən valyuta hərraclarında tələbin həcmi fevral-mart aylarında yanvar ayı ilə müqayisədə əhəmiyyətli dərəcədə az olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay