Ötən il manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 manat təşkil edib – RƏSMİ
2020-ci ildə də manatın ABŞ dollarına nəzərən rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (“Bloomberg” platformasında hərraclar və hərracdankənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilib.
Valyuta.az Mərkəzi Banka istinadən xəbər verir ki, il ərzində manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7 manat təşkil edib.
Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın olub. Belə ki, kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1 ABŞ dollarına nəzərən 1.6991 manat, satış məzənnəsi isə 1.7025 manat olub.
Rəsmi məzənnə ilə kommersiya banklarının orta günlük alış məzənnəsi arasında fərq 0.0009 manat və satış məzənnəsi arasında fərq isə 0.0025 manat olub.
Dövr ərzində manatın məzənnəsi ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı fərqli istiqamətlərdə dəyişib. Belə ki, manatın məzənnəsi türk lirəsinə, qazax tengsinə, rus rubluna, Ukrayna qrivnasına və gürcü larisinə qarşı bahalaşıb. Manat bu dövrdə avroya, İsveçrə frankına və yapon yeninə qarşı ucuzlaşmışdır. İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərib. Ümumilikdə, il ərzində manatın qeyri-neft ümumi ticarət çəkili nominal effektiv məzənnəsi 6.3%, real effektiv məzənnəsi isə 4.1% bahalaşıb.
Azərbaycandakı inflyasiyanın ticarət tərəfdaşı olan ölkələr üzrə orta inflyasiyadan aşağı olması real effektiv məzənnəyə azaldıcı təsir göstərib.
Qeyd edək ki, 2014-cü ilin sonu ilə müqayisədə REM 30.9% ucuzlaşıb ki, bu da qeyri neft-qaz sektorunun rəqabət qabiliyyətinə müsbət təsir göstərən amildir.
Rövşən Ziya
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay