BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7752
  • RUB
    1.6516
  • TRY
    0.0483
  • GBP
    2.1387
62002

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin idarə edilməsindən əldə olunan gəlir 15 milyard ABŞ dollarını keçib.

Valyuta.az ARDNF-ə istinadən xəbər verir ki, bunu Fondun İcraçı direktoru İsrafil Məmmədov qurumun 25 illik yubileyinə həsr olunmuş İllik Yığıncaqda bildirib.

Tədbir "Milli sərvətdən dayanıqlı inkişafa doğru" şüarı altında keçirilib. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində hazırlanan milli neft strategiyasının bir hissəsi olaraq və Prezident İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan ARDNF ötən müddət ərzində Azərbaycanın davamlı inkişafına və iqtisadi potensialının möhkəmləndirilməsinə dəyərli töhfələr verən mühüm qurumlardan birinə çevrilib.

İ.Məmmədov ARDNF-nin ötən 25 ildə keçdiyi inkişaf yolundan, əldə olunmuş mühüm uğurlardan və gələcək planlardan bəhs edərək bildirib ki, 1999-cu ildə əsası qoyulmuş Fondunı aktivləri 60 milyard ABŞ dollarını keçərək ölkə iqtisadiyyatının təxminən 80 %-inə bərabər olub: “Bu rəqəmlər Fondun uğurlu fəaliyyət modelinə, strateji yanaşmasına və beynəlxalq standartlara əsaslanan risk idarəetmə mexanizminə söykənən investisiya siyasətinə dəlalət edir. Fond, təkcə maliyyə nəticələrini yaxşılaşdırmaqla kifayətlənmir, eyni zamanda, Azərbaycanın qlobal iqtisadi müstəvidə mövqeyini möhkəmləndirən layihələrə investisiya qoymaqla, davamlı inkişafa və gələcək nəsillərin mənafeyinə xidmət edən əsas maliyyə dayaqlarından biri kimi çıxış edir”.

Tədbirdə ARDNF-in müxtəlif struktur bölmə rəhbərləri də çıxış edərək, Fondun 25 il ərzində əldə etdiyi nailiyyətlərə nəzər salıblar. Çıxışlarda ölkə iqtisadiyyatına dayanıqlı və uzunmüddətli töhfələr vermək məqsədilə həyata keçirilən layihələr, investisiya strategiyaları və idarəetmə prinsipləri ətraflı müzakirə olunub. Gələcək perspektivlərdən danışan çıxışçılar dayanıqlı inkişaf, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qlobal investisiya platformalarında aktiv iştirak kimi prioritet istiqamətləri xüsusilə önə çəkiblər.

ARDNF yaradıldığı gündən bəri həm möhkəm təməlləri, həm də çevik idarəetmə yanaşması ilə ölkənin iqtisadi dayanıqlılığını təmin etməkdə mühüm rol oynayır. Prezident İlham Əliyevin dəstəyi ilə ARDNF bu gün indiki və gələcək nəsillərin mənafeyinə xidmət edən əsas iqtisadi sütunlardan biri kimi fəaliyyətini uğurla davam etdirir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Mərkəzi Bank "Magic Povvder"i nədə ittiham edir?

Çinlə ABŞ arasında "çip müharibəsi" davam edir

Sosial Xidmətlər Agentliyinin 2, 3 milyonluq tenderi ləğv edildi

Trampın yaratdığı yeni böhran: "Panama kanalı" və tarixi - "Bloomberg"

"Belarus Ticarət Evi" QSC inzibati məsuliyyətə cəlb edilib

"ABC-Telecom" məhkəmə qarşısında

Hindistan neft emalı zavodları Rusiya neftini əvəz edəcək variantlar axtarır

"xAI", investorlarından 6 milyard dollar topladı

Səhiyyənin Təminatı Mərkəzi 1,8 milyonluq mebel alacaq

BOKT məhkəməyə verilib

"Səhmləriniz ucuzlaşanda axmaq qərarlar verəcəksinizsə, ümumiyyətlə almayın" - Baffetin zamansız məsləhəti

Yanvarın 1-dən "WhatsApp" 19 smartfon modelində işini dayandıracaq

"Star Park" cərimələnə bilər

94 yaşlı Baffet 2025-ci ilə rekord məbləğdə nağd pulla girir

10 illik "Lilium" startapının sonu: 1.000 işçi işdən çıxarıldı

10 illik "Lilium" startapının sonu: 1.000 işçi işdən çıxarıldı

"Azərbaycan Dəmir Yolları" "ATEF"i niyə məhkəməyə verib?

Dünyanın ən böyük çip istehsalçısı TSMC rekord qırdı

Süni intellektdə inqilab - Bir milyard dəfə daha sürətli texnologiya gəlir

Agentlik 10 ədəd evakuator alır - Biri 218 min manata

Dövlət və özəl uşaq müəssisələri ilə bağlı - Fərman

Sığorta şirkətlərinin ödənişlərinin həcminə görə RENKİNQİ

Sabah bu ərazidə qaz olmayacaq

Bu QSC-yə 20 milyon ayrıldı - Sərəncam

Prezidentdən məhkəmələrlə bağlı Fərman

Sığorta şirkətlərinin yığımlarının SİYAHISI

Azərbaycanda macəra turizmi: Adrenalin sevənlər üçün bu imkanlar var

Qış təkəri seçərkən nəyə diqqət etmək lazımdır?

Sədr Aydan Rəcəbovanı rəis təyin etdi

Azərbaycanda nar istehsalında yaranan əsas çətinliklər açıqlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin