Maliyyə
05.05.2021 / 14:15
İnvestorlardan Mərkəzi Banka qarşı 6 dəfə böyük tələb - HƏRRAC
11972
Mayın 5-də Bakı Fond Birjasında Mərkəzi Bankın (ARMB) 50101990S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan Valyuta.az-a bildirilib ki, hərrac zamanı 19 investor tərəfindən qiyməti 99.5543 (5.76%) olan 24 sifariş təqdim edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 632.82 milyon manat olub.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5543 (5.76%), orta ölçülmüş qiyməti isə 99.5543 (5.76%) müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 milyon manat təşkil edib. İyunun 2-si notların son ödəmə tarixidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay