Maliyyə
05.05.2021 / 11:51
"Bakı Fond Birjası"nın maliyyə döviyyəsi 92 faizdən çox artıb
11955
Bu ilin yanvar-aprel aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 5 milyard 773,5 milyon manat təşkil edib.
BFB-dan Valyuta.az-a bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 92,2 % çoxdur.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 2,5 dəfə artaraq 3 711 olub.
BFB-nin dövriyyəsinin 66,7 %-i, yaxud 3 mlrd 852,5 mln manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 2,4 dəfə çoxdur.
Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 6,4 dəfə azalaraq 138,027 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 3,5 dəfə artaraq 1 mlrd 782,9 mln manat olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay