Bu il orta illik inflyasiya 2,2 faiz olub – Elman Rüstəmov
“Bu ilin birinci rübündə orta illik inflyasiya 2,2 faiz olub”.
Valyuta.az xəbər verir ki, bu barədə bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış zamanı deyib.
Mərkəzi Bankın (AMB) İdarə Heyətinin faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqda qərar qəbul etdiyini söyləyən E.Rüstəmov, ilin sonuna olan proqnozları da açıqlayıb:
“Apreldə yenilənmiş proqnozlara görə, inflyasiyanın 2021-ci ilin sonuna elan olunmuş hədəf diapazonunda formalaşacağı gözlənilir. Neft qiymətləri 62 ABŞ dolları üstələyib və beynəlxalq maliyyə institutlarının da proqnozuna görə, cari səviyyədə qalacaq”.
Təmsil etdiyi qurumun bazardan valyuta alıb-satmadığını qeyd edən AMB sədri, sonradan sabitliyin bərpa olunduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, uçot dərəcəsi 6,25%, dəhlizin aşağı həddi 5,75%, yuxarı həddi isə 6,75% səviyyəsində saxlanılıb.
Xatırladaq ki, cari ilin I rübündə ARDNF valyuta hərraclarında 1,480 mlrd. dollar məbləğində vəsait satıb, bu da 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 46,6% azdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay