Yerli banklar uzunmüddətli kredit verməkdə istəksizdir - AYİB
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda son yarım ildə bir neçə şirkətə yerli valyutada üstün hüquqa malik təminatlı kreditlər ayırıb.
Valyuta.az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, AYİB qeyd edir ki, şirkətlərin öz daxili layihələrini maliyyələşdirmək üçün AYİB ilə əməkdaşlığı həm də ondan irəli gəlir ki, sözügedən müəssisələr yerli bazarda yüksək məbləğdə məqbul şərtlərlə olan kreditlər tapa bilmirlər.
AYİB-ə görə, yerli banklar manatla uzunmüddətli kapital xərcləri olan layihələri maliyyələşdirməkdə istəksizdir.
Qeyd edək ki, 2021-ci ilin martın 31-nə AYİB-in Azərbaycandakı aktiv portfelinin həcmi 35 layihə üzrə 1,201 mlrd. avro (ödənilməmiş öhdəliklər daxil olmaqla) təşkil edib. Təkcə 2020-ci ildə isə bank Azərbaycana 6 layihə üzrə 17 mln. avro həcmində investisiya yatırıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay