Maliyyə
26.04.2021 / 12:44
Azərbaycanda əməkhaqqı kartlarının sayı artır – Mərkəzi Bank
11448
2021-ci ilin mart ayında Azərbaycanda əhalinin istifadəsində olan plastik kartların sayı 190 min ədəd artaraq 9 milyon 769 min ədədə çatıb.
Valyuta.az Mərkəzi Bankın aylıq statistik hesabatına əsasən xəbər verir ki, fevral ayında həmin göstərici 9 milyon 579 min ədəd olmuşdu.
Ay ərzində əməkhaqqı kartlarının sayında da artım olub: fevralda 2 milyon 560 min olan əməkhaqqı kartlarının ümumi sayı martda 2 milyon 599 min ədədə çatıb.
Fevralda 1 milyon 121 min əolan kredit kartlarının sayı martda 1 milyon 145 min ədədə qalxıb. Sosial kartların sayında da 8 min artım olub, mart ayının sonunda sosial kartların sayı 3 milyon 458 min olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay