Maliyyə
26.04.2021 / 11:45
Türk lirəsinin manata qarşı məzənnəsi aşağı düşüb – Mərkəzi Bank
11440
Aprelin 26-da Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 0,2018 manat təşkil edib. Bu, 2021-ci ildə qeydə alınan ən aşağı göstəricidir.
Valyuta.az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, lirənin manata qarşı məzənnəsi bundan aşağı həddə sonuncu dəfə noyabrın 5-də olub – 0,2014 manat. Beləliklə, bugünkü məzənnə son 6 ayın ən aşağı səviyyəsinə enib.
Qeyd edək ki, cari ildə türk lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsinin ən yüksək göstəricisi fevralın 16-da qeydə alınmışdı – 0,2442 manat. Həmin tarixdən bəri lirə manata nisbətdə 17,4% ucuzlaşıb.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən, 1 manat 4,955 lirəyə bərabərdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay