Maliyyə
24.04.2021 / 16:35
Banklara manatla depozit qoyuluşu neçə faiz artıb? – Mərkəzi Bank
11414
Bu il aprelin 1-nə Azərbaycan banklarına manatla depozit qoyuluşu 9 mlrd 722,3 mln manat təşkil edib.
Mərkəzi Bankdan Valyuta.az-a verilən xəbərə görə, bu göstərici martın 1-i ilə müqayisədə 6,6%, ilin əvvəlinə nisbətən 2,1%, ötən il aprelin 1-i ilə müqayisədə isə 23% çoxdur.
Martın sonuna banklara xarici valyuta ilə depozit qoyuluşu isə 8 mlrd 979,6 mln manat olub. Bu da aylıq müqayisədə 0,1% az, ilin əvvəlinə nisbətən 1,1% çox, illik müqayisədə isə 12,6% azdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay