Maliyyə
23.04.2021 / 11:16
Azərbaycan manatının effektiv məzənnələri artıb – MƏRKƏZİ BANK
11324
Bu il aprelin 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 75,9 bənd təşkil edib.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, Mərkəzi Bank bununla bağlı aylıq hesabatında bildirib.
Bu göstərici, aylıq müqayisədə 1,2 bənd çox, ilin əvvəlinə nisbətən 0,3 bənd çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,7 bənd azdır.
Martın sonuna milli valyutanın real effektiv məzənnəsi isə 102,2 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 1,6 bənd çox, ilin əvvəlinə nisbətən 1,9 bənd çox, illik müqayisədə isə 2,7 bənd azdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay