Maliyyə
22.04.2021 / 16:35
Azərbaycanda müxbir hesablarının həcmi 14,4 faiz artıb – Mərkəzi Bank
11296
Cari ildə Azərbaycan banklarında müxbir hesablarının ümumi həcmi 1 milyard 067,2 milyon manat və ya 14,4 faiz artaraq 8 milyard 472,3 milyon həcmində olub.
Azərbaycan Mərkəzi Bankından Valyuta.az-a bildirilib ki, ötən ilin analoji dövründə bu məbləğ 7 milyard 405,1 milyon təşkil edib.
Qeyd edək ki, cari ilin əvvəlki 2 ayına nəzərən mart ayında da müxbir hesablarının ümumi həcmində artım müşahidə olunub. Belə ki, bu məbləğ yanvar ayında 2 milyard 787,9 milyon manat, fevral ayında 2 milyard 702,3 milyon manat, mart ayında isə 2 milyard 982,1 manat olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay