Əhalinin xarici valyutada əmanətləri azalıb – Mərkəzi Bank
2021-ci ilin yanvar-mart aylarında əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 0,4% - 8 milyard 147,5 milyon manatadək artıb.
Azərbaycan Mərkəzi Bankından Valyuta.az-a bildirilib ki, bu dövrdə əhalinin xarici valyutada əmanətləri 1,2% - 4 milyard 101,7 milyon manatadək və ya bütün əmanətlərin 50,3%-i səviyyəsində azalıb.
Qeyd edək ki, 2020-ci ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 50,8% təşkil edib.
Yanvar-mart aylarında əhalinin milli valyutada əmanətlərinin həcmi 0,4% - 4 milyard 45,8 milyon manatadək (bütün əmanətlərin 49,7%-i) azalıb.
31 mart 2021-ci il tarixinə rezidentlərin bank əmanətlərinin həcmi 7 milyard 868 milyon manat, qeyri-rezidentlərin – 279,4 milyon manat təşkil edir.
Hesabat dövründə rezidentlərin əmanətlərinin həcmi 0,4%, qeyri-rezidentlərin əmanətlərinin həcmi 0,5% azalıb.
Martın 31-nə banklarda əmanət və depozitlərin həcmi 23 milyard 825,9 milyon manat təşkil edir ki, bu da 2020-ci ilin sonuna olan göstəricidən 0,8% çoxdur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay