Kommersiya banklarının manatla depozitlərinin həcmi artıb – MƏRKƏZİ BANK
Azərbaycan kommersiya banklarının həm manatla yatırılan depozitlərin həcmində artım, dollarla yatırılan deozitlərin həcmində isə azalma baş verib.
Valyuta.az Mərkəzi Bankın yaydığı aylıq hesabata əsasən xəbər verir ki, aprelin 1-nə qədər manatla depozitlərin həcmi 9 milyard 722,3 manat, xarici valyuta ilə depozitlərin həcmi isə 8 milyard 979,6 milyon manat təşkil edib.
Ötən ilin müvafiq dövründə isə kommersiya bankları tərəfindən Azərbaycan valyutası ilə 7 milyard 902,6 manatlıq, xarici valyuta ilə isə 10 milyard 277,9 milyon manatlıq depozit qoyuluşu baş verib.
Belə aydın olur ki, bir il ərzində manatla depozit qoyuluşunda 1 milyard 819,7 milyon manat və ya 23,02 faiz artım, xarici valyuta ilə depozitdə isə 1 milyard 298,3 milyon manat və ya 12,6 faiz azalma müşahidə olunub.
Rövşən Ziya
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay