Maliyyə
21.04.2021 / 17:22
Bu il 97,5 milyon manat ipoteka krediti verilib - AMB
11236
Bu ilin yanvar-mart aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 97,5 milyon manat ipoteka krediti verilib.
Azərbaycan Mərkəzi Bankından Valyuta.az-a verilən xəbərə görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 78,9% çoxdur.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə illik müqayisədə təxminən 4,2 dəfə artaraq 58,3 milyon manata çatıb.
Bundan başqa, İKZF-nin qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə cəl etdiyi vəsaitlərin məbləği 2,8 dəfə artaraq 55 milyon manat olub, Fonda dövlət büdcəsindən ayrılmış vəsait isə dəyişməyərək 17,8 milyon manat olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay