Vətən Müharibəsi ilə bağlı xatirə pul nişanları tədavülə buraxılacaq - Mərkəzi Bank
Mərkəzi Bank Vətən Müharibəsi qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə silsilə xatirə pul nişanlarının tədavülə buraxılmasını da planlaşdırır.
Mərkəzi Bankdan Valyuta.az-a verilən xəbərə görə, pul nişanları Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun əzəli torpaqlarımız olan Qarabağın azadlığı uğrunda apardığı və zəfərlə başa vurduğu Vətən Müharibəsinin yaddaşlara həkk olunması, işğaldan azad edilmiş şəhər və rayonlarımızın tarixinin, milli və mədəni irsinin, flora və faunasının tərənnüm edilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə tədavülə buraxılacaq.
Qeyd edək ki, AMB tərəfindən beynəlxalq təcrübədən irəli gələrək pul nişanlarımızın təhlükəsizlik sistemlərinin gücləndirilməsi və onun saxtalaşdırılmasına qarşı dayanıqlılığının artırılması məqsədilə Pul İslahatı Komitəsinin müvafiq qərarına əsasən onların dizaynı və mühafizə elementlərinin yenilənməsi həyata keçirilir.
Bildirək ki, hazırda beynəlxalq təcrübədə mövcud olan son innovasiyalar nəzərə alınmaqla, yenilənmiş 1, 5 və 50 manatlıqlar cari ilin əvvəlindən tədavülə buraxılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay