Hər 100 manatlıq kreditin 80 manatı Bakı şəhərinə ayrılır – DEPUTAT
“Mərkəzi Bankın məlumatına görə, 14 milyard 246 milyon manatlıq kredit portfelinin 11 milyard 360 milyon manatı Bakının payına düşür”.
Valyuta.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
Deputat qeyd edib ki, Abşeron iqtisadi rayonunun 489 milyon 530 min manatlıq kredit portfelinə sahib olduğunu nəzərə aldıqda, o zaman kredit qoyuluşlarının cəmi 17 faizinin regionların payına düşdüyü bəlli olur:
“Deməli, rəsmi statistikaya görə, hər 100 manatlıq kreditinin cəmi 17 manatı regionların payına düşür. Və ya banklar hər 100 manatlıq kreditin 80 manatını Bakı şəhərində ayırırlar”.
Onun fikrincə, bankların regionlara daha az kredit ayırlmasının əsas səbəblərindən biri də, rayonlarda yaşayan sahibkarlar üçün girov mexanizmi şərtlərinin ağır olmasıdır:
“Belə ki, banklar əksər hallarda kredit ayıran zaman paytaxtda girov tələb edirlər ki, əksər yerli sahibkarların bu imkanları olmur. O baxımdan, girov mexanizminin təkmilləşdirilməsi və regionlarda fəaliyyət göstərən sahibkarlar üçün güzəştli kreditlərinin həcminin artırılması vacibdir. İnkluziv və balanslı iqtisadi inkişafın güclənməsi üçün regionlarda fəaliyyət göstərən sahibkarların ucuz kreditlərə çıxış imkanlarının artırılması vacib şərtlərdəndir”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay