Latın Amerikası ilə ticarət dövriyyəmiz kəskin artıb - CƏDVƏL
Bu ilin yanvar-fevral aylarında Azərbaycanın Latın Amerikası ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi 47,026 mln. ABŞ dolları təşkil edib. Hesabat dövründə Azərbaycan Latın Amerikasının 15 ölkəsi ilə ticarət əməliyyatları aparıb.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabatı əsasında apardığı hesablamalarına görə, bu göstərici 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 53,8% artıb.
Hesabat dövründə Azərbaycanın Latın Amerikasına ixracı 1,845 mln. dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 44,9% azdır. Azərbaycanın sözügedən bölgədən idxalı isə 45,180 mln. dollar təşkil edib. Bu, illik müqayisədə 66% çoxdur.
Beləliklə, hesabat dövründə Azərbaycanın Latın Amerikası ölkələri ilə apardığı ticarət əməliyyatları nəticəsində 43,335 mln. dollarlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 81,5% çoxdur.
Azərbaycanın Latın Amerikasından olan ən aktiv ticarət tərəfdaşları:
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay