BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
9434

Bu ildən başlayaraq Dövlət Gömrük Komitəsi xarici ticarətin durumuna dair statistik göstəricilərində yenilik edib. Artıq hesabatlarda Azərbaycanın neft və qaz satdığı ölkələr, satışın miqdarı və dəyəri göstərilir.

Bu ilin ilk iki ayı ərzində Azərbaycanın neft-qaz sahəsində ixrac etdiyi məhsulların dəyəri toplam ixracın 88 faizi qədər – 2.45 milyard dollar olub. Başqa sözlə, ölkənin xarici ticarətdən qazandığı hər 100 dolların 88-i məhz neft-qaz sektorundan gəlib.

Digər tərəfdən, onu da qeyd etmək lazımdır ki, 2021-ci ilin ilk iki ayında , ötən ilin eyni dövrü ilə müqayisədə neft-qaz sektorunun ixrac dəyərində yarım milyard dollar və ya 17 faiz azalma qeydə alınıb. Həmin müddət ərzində ölkənin ümumi ixracındakı azalma isə 14.2 faizə bərabərdir.

Təbii qaz Gürcüstana Türkiyədən 62 faiz baha satılıb

Bu ilin ilk iki ayı üzrə göstəricilərdən aydın olur ki, Azərbaycanın ixrac etdiyi təbii qazın 99.6 faizi sadəcə iki ölkəyə - Türkiyə (62 faiz) və Gürcüstana (37 faiz) satılıb. Türkiyəyə satılan 2 milyard 62 milyon kubmetr təbii qaz üçün toplam 180 milyon dollar, yəni, təbii qazın hər min kubmetrinə 87 dollar ödənilib.

Gürcüstana isə 1 milyard 244 milyon kubmetr təbii qaz satılıb və buna görə Azərbaycana 175.5 milyon dollar ödənilib. Bu isə o deməkdir ki, Gürcüstana satılan təbii qazın hər min kubmetrinin dəyəri 141 dollar olub. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, təbii qaz ixracı eyni dövrdə gerçəkləşdirilsə də, Gürcüstana satılan qazın dəyəri Türkiyə ilə müqayisədə 62 faiz daha baha olub. Onu da qeyd etmək lazımdır ki, hər iki ölkə - həm Türkiyə, həm də Gürcüstan Azərbaycan qazını eyni boru kəmərləri ilə (Cənubi Qafqaz Boru Kəməri və TANAP-la) idxal edir.

Azərbaycan neftinin əsas alıcısı qismində İtaliya çıxış edir, çünki Azərbaycanın 2021-ci ildə satdığı xam neft və neft məhsullarının tən yarısı məhz bu ölkəyə göndərilib. Ümumiyyətlə, İtaliya artıq uzun müddətdir ki, Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır. Ötən il də Azərbaycan xarici ticarət vasitəsilə qazandığı hər 100 dollardan 30-nu məhz İtaliya ilə ticarətdən əldə edib.

İtaliyadan sonra ilk üçlükdə Azərbaycan neftinin əsas alıcıları Hindistan və İspaniyadır. İl ərzində neftdən əldə edilən gəlirin müvafiq olaraq 10 və 8.5 faizi məhz bu ölkələrə həyata keçirilən ixrac nəticəsində qazanılıb. Diqqət çəkən daha bir məqam ilk onluqdakı 6 ölkənin Avropadan olmasıdır. //azadliq.org

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin