Makro
17.03.2021 / 21:29
Azərbaycan-Ukrayna ticarət dövriyyəsi açıqlandı
9372
Yanvar-fevral aylarında Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsinin dəyəri 178,5 milyon dolları olub.
Ukrayna Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, iki ayda Azərbaycan bu ölkəyə 118 milyon dollarlıq məhsul ixrac edib. Ölkəmizin Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 60,5 milyon dollar olub.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsinin dəyəri 771,5 milyon dollar olub, bu da pandemiya ilə əlaqədar olaraq 2019-cu illə müqayisədə 36,5 milyon dollar azdır.
Xatırladaq ki, Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay