Dövlətdə əməkhaqlarının enişi özəldəkindən daha kəskindir - CƏDVƏL
2021-ci ilin ikinci ayı üzrə açıqlanan statistik göstəricilərə görə, 1 fevral tarixinə ölkədə orta aylıq əməkhaqlarının 16.4 manat, yaxud, 2.3% azaldğını müşahidə edilir.
Valyuita.Az banker.az-a istinadla xəbər verir ki, Dövlət Statistika Komitəsi nominal əməkhaqlarının qeyd edilən tarixə 690.9 manat olduğunu açıqlayıb.
Əməkhaqlarının hansı sektorlarda daha qabarıq azaldığını araşdıranda aydın olur ki, dövlət sektorunda çalışanların orta aylıq əməkhaqqı daha çox azalıb. Məsələn, bu sektor üzrə aylıq məvacibi 631.1 manatdan 603.4 manata qədər geriləyib. Bu isə son bir ayda 27.7 manat və ya 4.4% azalma deməkdir.
Dövlət sektorunda cəmi göstəricilərə ən böyük təsiredici maliyyə və sığorta fəaliyyəti (122.4 manat azalma), daşınmaz əmlakla əlaqədar əməliyyatlar (48.6 manat) və peşə, elmi və texniki fəaliyyət (177 manat) azalma müşahidə edilib.
Son bir ayı əhatə edən bu müqayisədə özəl sektor bir qədər “süst”dür. Son bir ayda cəmi 5.5 manatlıq azalma (0.7%) ilə 796.3 manata qədər geriləsə də, bir çox sahələrdə nominal orta aylıq əməkhaqlarında xeyli irəliləyişlər müşahidə edilib.
Ətraflı siyahıda:
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay