Makro
18.03.2021 / 09:04
Maliyyə sektorunda işçilərin əməkhaqları kəskin azaldı
9292
Azərbaycanda maliyyə və sığorta sektorunun əməkhaqları kəskin azalıb.
Bu barədə Valyuta.Az Dövlət Statistika Komitəsinin göstəricilərinə istinadən xəbər verir.
Maliyyə və sığorta sahəsində çalışan işçilərin orta nominal əməkhaqqı 1 yanvar 2021-ci il tarixdə 1 719.6 manat olduğu halda, 1 fevral 2021-ci il tarixdə 1 597.2 manata düşüb. Bu da son bir ayda 122.4 manat, yəni 7.1% azalma deməkdir.
Dövlət sektorunda olan maliyyə və sığortada çalışanların aylıq əməkhaqqı 94.2 manat və ya 5.5% azalma ilə 1 628.4 manata düşüb.
Qeyri-dövlət sektorunda çalışan müvafiq sahə üzrə işçilərin orta aylıq əməkhaqları 130 manat, yaxud 7.6% enişlə 1 588.8 manata qədər azalmışdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay