Naxçıvan MR-nın xarici ticarət dövriyyəsi artıb - RƏSMİ
Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövrüyyəsi (XDC) cari ilin yanvar və fevral aylarında 56 mln. 280 min ABŞ dolları olub.
Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən Valyuta.az-a verilən xəbərə görə, ötən ilin analoji dövründə bu gəlirlər 51 mln.156 min ABŞ dollarından bir qədər artıq olub.
Burdan da aydın olur ki, müvafiq dövr ərzində XDC-nin həcmində 5 mln.123 min ABŞ dollarından çox və ya 10% artım baş verib.
Qeyd edək ki, muxtar respublikanın ixrac əməliyyatlarının həcmində cüzi, idxal əməliyyatlarının həcmində isə ciddi artım baş verib. Əgər ötən ilin yanvar və fevral aylarında Naxçıvandan digər ölkələrə 37 mln. 44 min ABŞ dollarından çox ixrac əməliyyatı həyata keçirilmişdisə, cari ildə bu həcm 37 mln. 341 ABŞ dolları olub. Bu da onu göstərir ki, bir il ərzində 296 min ABŞ dollarından çox və ya 0,8% artım baş verib.
Müvafiq dövr ərzində idxal əməliyyatlarında 4 mln. 827 min ABŞ dollarından çox və ya 34,2% artım baş verib. Belə ki, əgər ötən ilin analoji dövründə digər ölkələrdən Naxçıvana 14 milyon 111 ABŞ dollarından çox məhsul idxal olunmuşdusa, cari ildə bu rəqəm 18 mln. 939 min ABŞ dollarından bir qədər artıq olub.
Rövşən Ziya
Valyuta.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay