Azərbaycanın ÜDM ilin əvvəlində nə qədər azalıb?
2021-ci ilin yanvar-fevral aylarında Azərbaycan 12 019,0 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,2% az ÜDM istehsal olunub.
Valyuta.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında deyilir.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 7,5%, qeyri neft-qaz sektorunda isə 0,4% azalıb.
ÜDM istehsalının 41,2%-i sənaye, 10,7%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,1%-i nəqliyyat və anbar təsərrüfatı, 4,7%-i tikinti, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2%-i informasiya və rabitə, 0,7%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19,9%-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,6%-ni təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 1 201,6 manata bərabər olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay