Azərbaycan daha bir reytinqdə irəlilədi
Aparıcı iqtisadi-maliyyə institutları və reytinq mərkəzləri Azərbaycandakı sistemli iqtisadi siyasəti, islahatları yüksək qiymətləndirir.
Valyuta.Az xəbər verir ki, dünyanın ən böyük beyin mərkəzlərindən bir olan İrs Fondu tərəfindən hazırlanan “İqtisadi Azadlıq İndeksi 2021” hesabatında Azərbaycanın mövqeyi 6 pillə yaxşılaşaraq 172 ölkə arasında 38-ci yerdə qərarlaşıb. Azərbaycan iqtisadi azadlıq üzrə mümkün 100 baldan 70,1 bal toplayıb.
Hesabata görə, Azərbaycan Avropa regionunda 45 ölkə arasında 23-cü yerdədir, onun ümumi balı regional orta göstəriciyə bərabərdir, lakin dünya ortalamasından yüksəkdir.
Reytinq üzrə Azərbaycanın qonşuları Belçika (70,1 balla 37-ci yer) və İspaniya (69,9 balla 39-cu yer) olub. Hesabatda ölkəmiz Avropanın Fransa, İspaniya, İtaliya və Polşa kimi inkişaf etmiş ölkələrini qabaqlayıb və indeks üzrə ən çox irəliləyən ölkələr sırasında yer alıb. İqtisadiyyatda əsasən bank, əmlak, monetar, vergi, fiskal və digər istiqamətlərdə qeydə alınan inkişaf trendləri dünyada Azərbaycan iqtisadiyyatına inamı gücləndirir.
Qeyd edək ki, iqtisadi azadlıq siyasəti yüksək qiymətləndirilən ölkələr ticarət və sahibkarlığın inkişafı üçün əlverişli şəraitin mövcudluğu ilə fərqlənir. Belə bir əlverişli mühit iqtisadi artım və ictimai rifahın yüksəlməsinə əhəmiyyətli dəstək verən amil kimi çıxış edir. “İqtisadi Azadlıq İndeksi” investorların maraqlarını nəzərə almaqla, onlar üçün ölkənin iqtisadi azadlıq faktoruna təsir edən amillər üzrə baş verən dəyişikliklər baxımından da əhəmiyyətli məlumat mənbəyidir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay