Makro
15.09.2021 / 19:09
Azərbaycanın xarici ticarət dövriyyəsi kəskin artıb
18215
Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 20,285 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatında əks olunub.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 22,4% çoxdur.
Ötən 8 ayda xarici ticarət dövriyyəsinin 12,935 milyard dolları ixracın, 7,35 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 30,9%, idxal isə 9,85% artıb.
Son nəticədə xarici ticarətdə 5,586 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 75,1% çoxdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay