Makro
23.08.2021 / 17:24
Topdansatış ticarət dövriyyəsi 23,1 faiz artıb
17399
2021-ci ilin yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə topdansatış ticarət dövriyyəsi faktiki qiymətlərlə 23,1 faiz artaraq 15 milyard 400,9 milyon manata bərabər olub.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı hesabatda qeyd edilib.
Belə ki, ticarət dövriyyəsinin 30,5 faizini ərzaq məhsullarının, 10,2 faizini içkilər və tütün məmulatlarının, 21,2 faizini əczaçılıq məhsulları və tibbi ləvazimatların, 9,8 faizini toxuculuq məhsulları, geyim və ayaqqabıların, 9 faizini yanacaqların, 1,4 faizini kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 1 faizini elektrik malları və mebellərin, 16,9 faizini isə digər qeyri-ərzaq mallarının dəyəri təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay