Bu il Azərbaycanın qeyri-neft ixracı kəskin artıb
2021-ci ilin yanvar-iyul aylarında Azərbaycan qeyri-neft sektoru üzrə 1,354 mlrd. ABŞ dolları dəyərində ixrac reallaşdırıb.
Valyuta.az bu barədə Dövlət Gömrük Komitəsinin yaydığı aylıq hesabata istinadən xəbər verir.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 30,8% çoxdur.
Hesabat dövründə qeyri-neft ixracı ölkənin ümumi ixracının 11,89%-ni təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 0,55 faiz bəndi çoxdur.
Təkcə iyul ayına gəldikdə, Azərbaycan ötən ay 191,923 mln. dollarlıq qeyri-neft məhsulu ixrac edib ki, bu da iyun ayı ilə müqayisədə 24,7% azdır.
Qeyd edək ki, 2021-ci ilin yanvar-iyul aylarında ölkənin qeyri-neft ixracında ən böyük pay sahibi meyvə-tərəvəz (25%), plastmas və onlardan hazırlanan məmulatlar (15,4%) və pambıq (12,1%) olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay