Makro
17.08.2021 / 18:24
Azərbaycanın ixracı ilin əvvəlindən bəri 25 faiz artıb
17136
2021-ci ilin yanvar-iyul aylarında Azərbaycan ümumilikdə 11,4 milyard dollarlıq məhsul ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,8 faiz çoxdur.
Valyuta.az-ın Trend.az-a istinadən verdiyi məlumata görə, ixracatda dövlət sektorunun payı 49,05 faiz (5,59 milyard dollar), özəl sektorun payı isə 50,31 faiz (5,73 milyard dollar) olub.
Fiziki şəxslərin ixrac etdiyi məhsullar isə ümumi həcmin 0,64 faizini (72,8 milyon dollar) təşkil edib.
Bu dövrdə Azərbaycan 175 ölkə ilə ticarət əməliyyatları həyata keçirib.
Azərbaycanın ixracında xam neft, neft məhsulları, təbii qaz, qeyri-neft sektorunda isə meyvə-tərəvəz üstünlük təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay