Makro
17.08.2021 / 17:04
Bu il Azərbaycanın ABŞ-la idxal əməliyyatı bir qədər azalıb
17135
Cari ilin avqustun 1-nə olan vəziyyətə görə, Azərbaycanın ABŞ-la apardığı ticarət dövriyyəsinin həcmi 295 milyon 506 min ABŞ dolları təşkil edib.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin dərc etdiyi aylıq hesabatda əks olunub.
Sənədə görə, bu göstərici 2020-ci ilin analoji dövrü ilə müqayisədə 37,7% azdır.
Hesabat dövründə Azərbaycanın ABŞ-a ixracı kəskin artaraq (3,5 dəfə) 33 milyon 729 min dollara çatıb. İdxal isə illik müqayisədə 43,6% azalaraq 261 milyon 777 min dollara enib.
Qeyd edək ki, bu ilin ilk yeddi ayında Azərbaycanın ABŞ ilə ticarətində 228,049 mln. dollarlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 2 dəfə azdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay