Makro
16.08.2021 / 18:23
Azərbaycanın Avropa İttifaqı ilə idxal-ixrac əməliyyatları cüzi artıb
17081
Bu ilin avqustun 1-nə olan vəziyyətə görə, Azərbaycan Avropa İttifaqı ölkələri ilə 7 milyard 494 milyon 685,94 min ABŞ dolları həcmində idxal-ixrac əməliyyatları həyata keçirib.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin yaydığı aylıq hesabatda açıqlanıb.
Sənədə görə bu həcm ötən ilin müvafiq dövründə 5 milyard 817 milyon 888,86 min ABŞ dolları səviyyəsində olub.
Belə aydın olur ki, bir il ərzində idxal-ixrac əməliyyatlarında 1 milyard 676 milyon 797,08 min ABŞ dolları və ya 22,4 faiz artım müşahidə olunub.
Rövşən Ziya
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay