Azərbaycan ən çox Rusiya ilə idxal əməliyyatı aparıb – Gömrük hesabatı
Azərbaycan Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri ilə 891 milyon 376.47 min ABŞ dolları həcmində idxal əməliyyatları həyata keçirib.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin yaydığı aylıq hesabatında qeyd edilib.
Sənədə əsasən, bu göstərici ötən ilin müvafiq dövrü ilə müayisədə 81 milyon 477,15 min ABŞ dolları və ya 9,15 faiz artıq olub.
Ölkəmizin idxal həyata keçirdiyi MDB ölkələri arasında Rusiya birinci yerdə dayanır. Belə ki, iki ölkə arasında aparılan əməliyyatların ümumi həcmi 486 milyon 550.47 min ABŞ dolları səviyyəsindədir. Bu göstərici ötən il 430 milyon 762.53 min ABŞ dolları təşkil edib. Aydın olur ki, bir il ərzində idxal əməliyyatlarında 55 milyon 787,94 min ABŞ dolları və ya 11,5 faiz həcmində artım baş verib.
Qeyd edək ki, 210 milyon 379.60 min ABŞ dollarlı idxal əməliyyatı ilə Ukrayna ikinci yerdə qərarlaşıb. Eləcə də, Belorus (128 milyon 355.95 min ABŞ dolları) üçüncü, Türkmənistan (22 milyon 452.20 min ABŞ dolları) dördüncü, Özbəkistan (14 milyon 482.95 min ABŞ dolları) beşinci, Tacikistan (5 milyon 478.14 min ABŞ dolları) altıncı, Qırğızıstan (3 milyon 604.74 min ABŞ dolları) və Moldova (738.60 min ABŞ dolları) sonuncu yerdəı dayanıblar.
Rövşən Ziya
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay