Azərbaycan həyata keçirdiyi ixrac əməliyyatının ümumi həcmi açıqlandı
Bu ilin 7 ayı ərzində Azərbaycanın dünya ölkələri ilə həyata keçirdiyi ixrac əməliyyatlarının ümumi həcmi 11 milyard 393 milyon 519.79 min ABŞ dolları təşkil edib.
Valyuta.az-ın Dövlət Gömrük Komitəsinin yaydığı hesabata istinadən verdiyi xəbərə görə, bu göstərici ötən ilin analoji dövründə 9 milyard 131 milyon 138.02 min ABŞ dolları səviyyəsində olub.
Belə aydın olur ki, bir il ərzində aparılan idxal-ixrac əməliyyatlarının həcmində 2 milyard 262 milyon 381,77 min ABŞ dolları və ya 19,9 faiz artım baş verib.
Hesabat dövründə Azərbaycanın MDB dövlətləri ilə 809 milyon 899.32 min ABŞ dolları, Avropa İttifaqı ölkələri üzrə 4 milyard 561 milyon 756.72 min ABŞ dolları, digər ölkələrlə isə 3 milyard 759 milyon 481.98 min ABŞ dolları həcmində ixrac əməliyyatları həyata keçirib.
Rövşən Ziya
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay