Makro
16.08.2021 / 14:50
Azərbaycanın Aİ ilə apardığı idxal-ixrac əməliyyatları kəskin artdı
17057
Bu ilin avqustun 31-nə qədər Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə apardığı idxal-ixrac əməliyyatlarının həcmi 7 milyard 495 milyon. ABŞ dolları təşkil edib.
Valyuta.az-ın verdiyi xəbərə görə, bu barədə Dövlət GÖmrük Komitəsinin yaydığı hesabatda əks olunub.
Sənədə əsasən, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 28,8% artıb.
Qeyd edək ki, bu dövrdə Azərbaycanın Aİ ölkələri ilə 6 milyard 230 milyon dollarlıq ixrac və 1 milyard 265 milyon dollarlıq idxal əməliyyatı həyata keçirib.
Bu da onu göstərir ki, ixrac illik müqayisədə 36,6%, idxal isə 0,7% artıb.
Əlavə edək ki, cari ilin ilk yeddi ayında 4,965 mlrd. dollarlıq müsbət ticarət saldo yaranıb ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 50,2% artıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay