Makro
16.08.2021 / 14:14
Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsi 20 faizə yaxın artıb
17056
Bu ilin 1 avqust tarixinə qədər Azərbaycanın xarici ölkələrlə həyata keçirdiyi ticarət əməliyyatlarının ümumi həcmi 17 milyard 691 milyon 469.14 min ABŞ dolları təşkil edib.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin yaydığı hesabatda qeyd edilib.
Sənədə əsasən bu gəlirin 6 milyard 297 milyon 949.35 min ABŞ dolları idxal əməliyyatları üzrə, 11 milyard 393 milyon 519.79 ABŞ dolları isə ixrac əməliyyatları üzrə olub.
Qeyd edək ki, cari ilin 31 iyul tarixinə qədər bu əməliyyatın ümumi həcmi 14 milyard 202 milyon 262.11 min ABŞ dolları səviyyəsində olub.
Belə aydın olur ki, bu dövrdə ticarət dövriyyəsində 3 milyard 489 milyon 207,03 min ABŞ dolları və ya 19,8 faiz həcmində artım baş verib.
Rövşən Ziya
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay