Makro
16.08.2021 / 14:23
Azərbaycanın xarici ticarət dövriyyəsi kəskin artıb
17054
Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 17,691 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin yaydığı məlumatda əks olunub.
Belə ki, bu dəyər, ötən ilin eyni dövrü ilə müqayisədə 17,7 % çoxdur.
Ötən 7 ayda xarici ticarət dövriyyəsinin 11,393 milyard ABŞ dolları ixracın, 6,298 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 24,8 %, idxal isə 6,7% artıb.
Son nəticədə xarici ticarətdə 5,095 milyard ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 57,7 % çoxdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay