Makro
04.08.2021 / 15:06
Bakı şəhərində ticarət dövriyyəsi 3 faiz artıb - STATSİTİKA
16549
2021-ci ilin yanvar-iyun aylarında ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 3,0 faiz artaraq 11007,3 milyon manat olub.
Valyuta.az bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz artaraq 5710,4 milyon manata satılıb.
Qeyri-ərzaq məhsullarının həcmi isə 0,4 faiz artaraq 5296,9 milyon manata bərabər olub.
Qeyd edək ki, istehlak məhsullarının 35,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 42,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 21,6 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
Ömər Vəzirli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay