Makro
17.07.2021 / 13:34
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 4%-dək artıb
15819
Bu ilin yanvar-iyun aylarında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 1,342 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 3,7% çoxdur.
Bu barədə Valyuta.az Dövlət Gömrük Komitəsinin yaydığı hesabata əsasən xəbər verir.
Belə ki, hesabat dövründə ixracın həcmi 418,5 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 10% çoxdur. İdxal isə 924 mln. dollara bərabər olub ki, bu göstərici illik ifadədə 1,2% artıb.
Nəticədə, 2021-ci ilin ilk yarısında 505,5 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici illik müqayisədə 5,2% azalıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay