Makro
16.07.2021 / 20:04
Azərbaycanda mikrosahibkarlıq subyektlərinin sayı artıb
15773
Azərbaycanda iyulun 1-i tarixinə mövcud olan mikrosahibkarlıq subyektlərinin sayı açıqlanıb.
Valyuta.az-ın Dövlət Statistika Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, iyulun 1-nə ölkədəki mikrosahibkarlıq subyektlərinin sayı 133 844 olub.
Bu göstərici son bir ildə 11 103 vahid və ya 9% çoxdur.
Belə ki, 2020-ci ilin iyulun 1-i tarixinə ölkədəki mikrosahibkarlıq subyektlərinin sayı 122 741-ə bərabər idi.
Kommersiya təşkilatlarının ümumi sayında mikrosahibkarlıq subyektlərinin xüsusi çəkisi 93% təşkil edib ki, bu da illik ifadədə 1,1 faiz bəndi çoxdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay